USD 1.7
27 °C

Qərbi Azərbaycana qayıdış zamanı əcdadlarımızın uyuduğu məzarlıqları muzey halına gətirməliyik — EKSPERT

May 22, 2024 15:22 / 171
Qərbi Azərbaycana qayıdış zamanı əcdadlarımızın uyuduğu məzarlıqları muzey halına gətirməliyik — EKSPERT
A-
A
A+

«Qərbi Azərbaycana qayıdış zamanı əcdadlarımızın min illərdir uyuduğu məzarlıqları abadlaşdırıb, açıq muzey halına gətirib, turistlərin ekskursiya proqramına salmalıyı».

cbx-add

Bunu Turizmplus.az saytına açıqlamasında turizm eksperti Rəhman Quliyev qeyd edib. O, bildirib ki, xalqımızın müxtəlif illərdə deportasiya edilməsi, soyqırıma məruz qalmasına baxmayaraq kökümüzü unutmamışıq.

«Sovetlər birliyi zamanı tariximiz saxtalaşdırlsa da bir dəyanətli xalq olaraq mücadiləmizi hər zaman apardıq və bundan sonra da nəticə əldə olunana qədər mücadiləmizi davam etdirəcəyik. Azərbaycanın əzəli cografiyasının bərpası Azəri türklərinin öz ata-baba yurdlarına qayıdışı Türk dünyasının yeni xəritəsinin bərpası olacaq. Hesab edirəm ki , eləcə də işgaldan azad olmuş ərazilərimizdə bunu ənənəvi hala gətirsək, dünya ictimaiyyətinə bir daha sübut edəcəyik ki, bu torpaqlar əzəli Azərbaycan torpaqlarıdı. Gələcək nəsillərə də bu tarixi miras qoyacayıq», — deyə Rəhman Quliyev bildirib.

Oxşar xəbərlər