PREZİDENT TƏSDİQLƏDİ: Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”i təsdiqləyib
Turizmplus.az xəbər verir ki, bununla da Azərbaycan və Mərakeş arasında ümumvətəndaş pasportlarının sahibləri viza tələbindən azad edilib.
Xatırladaq ki, saziş bu il mayın 4-də Bancul şəhərində imzalanıb.