ATAA üzvləri “SAFTTA Global Tabletop Networking 2025” tədbirində iştirak ediblər

Oktyabr 20, 2025 13:10 / 57
ATAA üzvləri “SAFTTA Global Tabletop Networking 2025” tədbirində iştirak ediblər
A-
A
A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri “Visit Malaysia 2026” təşviqat kampaniyası çərçivəsində Malayziya Səyahət və Turizm Agentlikləri Assosiasiyasının (SAFTTA) təşkilatçılığı ilə baş tutan “SAFTTA Global Tabletop Networking 2025” tədbirində iştirak ediblər.

cbx-add

Turizmplus.az xəbər verir ki, tədbirdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov, Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil,o cümlədən Malayziya Səyahət və Turizm Agentlikləri Assosiasiyasının və yerli turizm sənayesinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Malayziyanın turizm potensialı,yardılan müasir infrastrukturu, turistlərə göstərilən ceşidli xidmət növləri nümayiş olunub, Azərbaycanla turizm sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinin və yeni tərəfdaşlıq imkanlarının yaradılmasının əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində həmçinin B2B (biznesdən biznesə) formatlı görüş keçirilib, Azərbaycan və Malayziyanın turizm agentlikləri arasında bir sıra əməkdaşlıq təşəbbüsləri müzakirə olunub,birgə iş birlyi ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər