On ay ərzində İspaniyaya 85 milyondan çox turist gəlib – STATİSTİKA

Dekabr 9, 2025 11:38 / 66
On ay ərzində İspaniyaya 85 milyondan çox turist gəlib – STATİSTİKA
A-
A
A+

2025-ci ilin oktyabr ayında İspaniyaya səfər edən turistlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 3,2% artaraq 9 milyon 244 min nəfər təşkil edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu ayda İspaniyaya ən çox turist göndərən ölkələr sırasına 1 milyon 839 minlə Birləşmiş Krallıq (İngiltərə) başçılıq edib. Onu 1 milyon 264 minlə Almaniya, 1 milyon 154 minlə Fransa, 475 minlə ABŞ və 469 minlə Hollandiya izləyib.

2025-ci ilin yanvar-oktyabr dövründə isə İspaniyaya səfər edən turistlərin sayı 85 milyon 697 min nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% artımı göstərir.

On ay ərzində İspaniyaya ən çox turist göndərən ölkə 17 milyon 120 minlə Birləşmiş Krallıq (İngiltərə) olub. Bunu 11 milyon 393 minlə Fransa, 10 milyon 752 minlə Almaniya, 4 milyon 948 minlə İtaliya və 4 milyon 486 minlə Hollandiya izləyib.

Ekspertlər bildirirlər ki, İspaniyanın turizm sektorunda artım davam edir və ölkənin yay və payız mövsümlərindəki zəngin mədəni, tarixi və dəniz turizmi potensialı beynəlxalq turistlər üçün böyük cəlbedicilik yaradır.

Oxşar xəbərlər