MÜSAHİBƏ: Rouminq bahalığından şikayət edənlərə şad xəbər – TRAVEL ESİM

İyul 28, 2025 17:34 / 510
MÜSAHİBƏ: Rouminq bahalığından şikayət edənlərə şad xəbər – TRAVEL ESİM
A-
A
A+

Azərbaycanın turizm sektorunda səyahətçilərin həyatını asanlaşdıran yeni texnologiyalar gündən-günə ön plana çıxır. Bu yeniliklərdən biri də Travel eSIM xidmətidir. Fiziki SIM kart dəyişdirmədən, dünyanın istənilən nöqtəsində mobil internetə çıxış imkanı yaradan bu xidmət, xüsusilə tez-tez səyahət edənlər üçün böyük rahatlıq və sərfəli seçim təklif edir.

cbx-add

Turizmplus.az olaraq biz də oxucularımıza bu texnologiyanı daha yaxından tanıtmaq üçün Travel eSIM-in Azərbaycandakı satış direktoru Nərmin Ələkbərova ilə müsahibə hazırladıq. Söhbət zamanı şirkətin fəaliyyət istiqamətləri, təqdim etdiyi üstünlüklər, qiymət siyasəti və yerli turizm bazarı üçün təklifləri barədə maraqlı məqamları öyrəndik.

– Travel eSIM nədir və hansı əsas xidmətləri təqdim edir?

Travel eSIM – fiziki SIM kart olmadan internetə qoşulmanı təmin edən rəqəmsal bir texnologiyadır. Sadəcə bir neçə kliklə aktivləşdirilən Travel eSIM, dünyanın 150-dən çox ölkəsində sərfəli internet bağlantısı təqdim edir. İstifadəçilər artıq hava limanlarında SIM kart axtarmağa və ya yüksək rouminq haqları ödəməyə məcbur deyillər – hər şey onlayn və dərhal əlçatan olur.

QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN KLİKLƏYİN

– Ənənəvi SIM kartlardan fərqiniz nədədir və istifadəçiyə hansı rahatlıqları təqdim edirsiniz?

Ənənəvi SIM kartlardan fərqli olaraq, Travel eSIM-də nə fiziki kart, nə də çatdırılma gözləmək ehtiyacı var. İstifadəçi sadəcə QR kod vasitəsilə eSIM-i cihazına yükləyir və dərhal internetə qoşulur. Bu həm vaxt, həm də rahatlıq baxımından böyük üstünlükdür. Üstəlik, bir cihazda bir neçə eSIM saxlamaq mümkün olduğu üçün istifadəçilər istədikləri ölkəyə uyğun paket seçə və dəyişdirə bilirlər.

– Qiymət siyasətiniz necədir – digər beynəlxalq eSIM provayderləri ilə müqayisədə üstünlükləriniz nələrdir?

Travel eSIM-in qiymət siyasəti olduqca rəqabətlidir. Biz istifadəçilərə həm qısa müddətli, həm də uzunmüddətli səyahətlər üçün uyğun paketlər təklif edirik. Digər beynəlxalq provayderlərlə müqayisədə biz daha geniş əhatə dairəsi, yüksək sürət və şəffaf tariflərlə önə çıxırıq.
Həmçinin, istifadəçi promo kodlardan istifadə edərək mövcud qiymətlərə endirim də əldə edə bilər.

– Yerli turizm şirkətləri və ya agentliklər üçün xüsusi əməkdaşlıq təklifləriniz varmı?

Bəli, yerli turizm şirkətləri və agentliklər üçün xüsusi tərəfdaşlıq proqramlarımız mövcuddur. Agentliklərə komissiya əsaslı gəlir modeli, xüsusi endirimlər və brendli eSIM həlləri təklif edirik. Bu əməkdaşlıq həm müştərilər üçün əlavə dəyər yaradır, həm də agentliklər üçün yeni qazanc imkanları açır.

QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN KLİKLƏYİN

– Gələcək planlarınız nələrdir – yeni ölkələr, əlavə xidmətlər və ya xüsusi kampaniyalar gözlənilirmi?

Bəli, gələcək planlarımız olduqca genişdir. Hazırda eSIM xidmətimizi daha çox ölkədə əlçatan etmək üçün tərəfdaş şəbəkələrimizi genişləndiririk. Eyni zamanda istifadəçilərin rahatlığı üçün “multi-country” paketləri üzərində çalışırıq – bu, bir neçə ölkəyə səyahət edənlər üçün tək eSIM-lə internetdən istifadə imkanı yaradacaq. Bundan əlavə, saytımız üzərindən asan aktivasiya, istifadə nəzarəti və 24/7 Azərbaycan dilli dəstək funksiyalarını daha da inkişaf etdiririk. Mövsümi kampaniyalar, bonus GB-lar və loyal müştərilər üçün xüsusi təkliflər də tezliklə istifadəyə veriləcək.

Sonda qeyd edək ki, Travel eSIM – rahat, sürətli və qənaətcil internet bağlantısı ilə səyahətçilərin yeni yol yoldaşıdır. Dünyanı kəşf edin, əlaqədə qalın – hər yerdə, hər zaman!

Oxşar xəbərlər