USD 1.7
9 °C

Müflis turizm şirkətləri, həbslər, intiharlar… – ÇIXIŞ YOLU NƏDİR?

Noyabr 18, 2024 14:29 / 441
Müflis turizm şirkətləri, həbslər, intiharlar… – ÇIXIŞ YOLU NƏDİR?
A-
A
A+

Bundan öncə də turizm şirkətlərinin rəhbər şəxslərinin mühasibatlıqda yol verdiyi səhvlər və bu səhvlərin ağır nəticələri ilə bağlı yazılar dərc edilib.

cbx-add

Bu dəfə Turizmplus.az maliyyə sahəsində yeni texnoloji həllər təqdim edən “TRAVACCO” şirkətinin İcraçı direktoru Kənan Alpaşayevlə danışıb.

1) Şirkətlər rəhbərləri və ya işçilər müştərilərin verdiyi məbləğləri də gəlirləri hesab edib şəxsi maraqlarına xərcləyirlər. Bunun da sonu ən yaxşı halda şirkətin müflis olması ilə, pis halda isə həbslə bitir. Bunun qarşısını almaq üçün nə etmək lazımdır?

– İllərdir, turizm şirkətləri bu mövzuda çətinlik çəkir və hələ də aktual olaraq qalır. Bu məsələ şirkətlərin cari maliyyə vəziyyətlərini bilməməsindən irəli gəlir. Yəni, şirkət öz öhdəliklərini (kreditor borclarını), alacaqlarını (debitor borclarını) və kassasında olmalı olan məbləği bilmədikdə, əlində olan pulları öz şəxsi maraqlarına xərcləyir və qeyd etdiyiniz sıxıntılar yaşanır. Hesabatlar excel fayllarda toplandığından, yuxarıda qeyd etdiyim məlumatları almaq hər dəfə çox uzun vaxt alan və bəzən də heç mümkün olmayan bir prosesə çevrilir. Bunun həll yolu sadəcə avtomatlaşdırılmış mühasibat uçotu proqramlarıdır ki, hər an sadəcə bir düyməylə bu məlumatlar göz önündə olsun.

2) Müəyyən qədər borca batmış şirkət sahibləri artıq idarəçiliyi itirir və borc bataqlığına batmağa davam edirlər. Məsələn, 100.000-200.000 məbləğində borcun geri dönüşü varmı?

– Bəli, bütün biznes sektorlarında bunun nümunələri saysızdır. Sadəcə edilməli olan, günlük maliyyə vəziyyətini, kassa hesabatını izləyib, xərclərə qənaət edərək şirkətin mənfəətini və yeni götürəcəyi kreditlərin aylıq ödənişlərini də bölüşdürərək, borclara yönəltməkdir. Təbii ki, burada yenə də şirkətin düzgün avtomatlaşdırılmış mühasibat uçotu rol oynayır. Debitor borclarını, dövriyyəsini yenidən şəxsi maraqlarına və ya keçmiş borclara yönləndirilsə, 100.000-200.000 borc artıq geri dönülməz vəziyyətlərə gəlib çıxacaq.

TRAVACCO.COM: Turizm sektoru üçün mühasibatlıqda gələcəyin həlledici platforması

3) Texnoloji həllər bu mövzularda nə deyir? Mühasibatlığımızı asan yolla necə həll edə bilərik?

– Texnoloji həllər, bu mövzuda şirkətlərin ən böyük yardımçısıdır. Qarışıq satış, xərc , kassa və s. cədvəllərlə bir şirkətin cari vəziyyətini aydın şəkildə hər zaman görmək mümkün olmur. Mühasiblərin bu məsələdə dəstəyi də , insan faktoru rol oynadığından əksik qalır. Çünki bir mühasibin də bu müxtəlif cədvəllərin içindən şirkətin cari mənfəət, gəlir, debitor , kreditor borclarını, maliyyə vəziyyətini ortaya çıxarması , çox uzun vaxt və əmək tələb edən proses olur. Avtomatlaşdırılmış mühasibat uçotu proqramları isə sadəcə satış, ödəniş, xərc, mədaxil kimi məlumatları qeyd edərək bütün hesabatları bizə anında, istənilən tarix üçün göstərmə imkanı daşıyır. Bu belə olduqda, şirkətlər artıq hesabatlara vaxt itirmədən, bizneslərinin inkişafına fokuslana bilir

TRAVACCO: Səyahət şirkətlərində sonradan iflasa səbəb olan hesabat sıxıntıları

Oxşar xəbərlər