13 günlük Novruz tətilini Türkiyədə keçirmək istəyən iranlı turistlər bu il 5 ildən sonra ilk səfərinə çıxan Tehran-Van qatarı ilə şəhərə gəliblər.

Turizmplus.az xəbər verir ki, uzun fasilədən sonra bərpa olunan Tehran-Van qatarları iranlı turistlərin Vana çatmasını asanlaşdırıb. Avtomobil yolu ilə gələn turistlərlə yanaşı, qatarla gələnlər də otel, restoran, nəqliyyat və alış-veriş sektorlarında böyük aktivlik yaradıbkar.
Vanlı sahibkarlar turistlərin Novruz bayramında alış-veriş edərək iqtisadiyyata ciddi töhfə verdiyini bildirirlər.
Açıqlanan məlumatlara görə; 1 yanvar – 12 mart 2023-cü il tarixləri arasında 72 günlük müddətdə Vana təxminən 45 min iranlı turist daxil olduğu halda, bu rəqəm 2024-cü ildə iki dəfədən çox artaraq 101 minə çatıb. 2025-ci ildə bu rəqəm eyni dövrdə 120 minə yüksələrək yeni rekord qırıb.