Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə ediləcək

Milli Məclisdə “Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında” hesabatının müzakirəyə çıxarılacağı vaxt müəyyənləşib.

Hesabat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçiriləcək iclasında müzakirə olunacaq.
Toplantıya Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, qurumun rəsmiləri və deputatlar qatılacaq.
Sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.
Mənbə: Report