A-
A
A+
Qazaxıstanın “Air Astana” aviaşirkəti Atırau – Bakı – Atırau marşrutu üzrə birbaşa uçuşlara başlayır.

Aviaşirkətdən Turizmplus.az saytına verilən məlumata görə, mayın 31-dən start götürəcək uçuşlar həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək.
Uçuş müddəti 1 saat 25 dəqiqə təşkil edəcək.