Maldiv adalarında bunu edənlər 5400 AZN cərimə ediləcək – DİQQƏT

Noyabr 3, 2025 11:32 / 359
Maldiv adalarında bunu edənlər 5400 AZN cərimə ediləcək – DİQQƏT
A-
A
A+

Maldiv adaları hökuməti dünyada ilk dəfə olaraq tütün istifadəsinə qarşı “nəsillər üzrə qadağa” tətbiq edib. Yeni qanuna əsasən, 1 yanvar 2007-ci ildən sonra doğulan şəxslərə ölkə daxilində siqaret və digər tütün məhsullarının satışı və istifadəsi tamamilə qadağan olunub.

cbx-add

Turizmplus.az xəbər verir ki, qadağa yalnız Maldiv vətəndaşlarını deyil, ölkəyə səfər edən turistləri də əhatə edir. Buna görə, Maldivlərə gələn xarici ziyarətçilər də siqaret, tütün sarma kağızı, puro və elektron siqaret kimi məhsullardan istifadə edə bilməyəcək.

Yeni qaydalara əsasən, tütün məhsullarının satışı və istifadəsini pozanlara təxminən 3 200 ABŞ dolları məbləğində cərimə tətbiq ediləcək.

Maldivlərin Səhiyyə Nazirliyi bildirib ki, bu qərarın əsas məqsədi ictimai sağlamlığın qorunması və tütündən tam azad yeni nəsil yetişdirməkdir.

Oxşar xəbərlər