Lufthansa ilə uçuşu olanların NƏZƏRİNƏ; Yüzlərlə uçuş ləğv edildi

Aprel 14, 2026 16:23 / 109
Lufthansa ilə uçuşu olanların NƏZƏRİNƏ; Yüzlərlə uçuş ləğv edildi
A-
A
A+

Lufthansa aviaşirkətində pilotların başladığı yeni tətil dalğası yüzlərlə reysin ləğv edilməsinə səbəb olub.

cbx-add

Turizmplus.az xəbər verir ki, Alman pilotlar ittifaqı Vereinigung Cockpit (VC) tərəfindən təşkil olunan 48 saatlıq iş dayandırma aksiyası gecə saatlarından etibarən qüvvəyə minib.

Tətil yalnız Lufthansa ilə məhdudlaşmır. Aksiya həmçinin Lufthansa Cargo və Lufthansa CityLine pilotlarını da əhatə edir. Eurowings aviaşirkətində isə tətil yalnız bir gün və Almaniyadan həyata keçirilən uçuşlara şamil olunur.

İttifaqın rəhbəri Andreas Pinheiro bildirib ki, qısa məsafəli uçuşlarda ləğvlərin səviyyəsi 80%-ə çata bilər. Bu isə gündəlik təxminən 400 reysin ləğvi deməkdir. Ümumilikdə hər gün 500-dən çox qısa məsafəli və 60–70 uzun məsafəli uçuşun tətilin təsiri altına düşəcəyi gözlənilir. Lufthansa CityLine üzrə isə demək olar ki, bütün uçuşların ləğv ediləcəyi proqnozlaşdırılır.

Tətilin əsas səbəbi pilotların sosial təminat və pensiya ödənişləri ilə bağlı tələbləridir. İttifaq aylıq 820 avro olan pensiya ödənişinin 1.800 avroya qaldırılmasını, əlavə bonuslar və birdəfəlik ödənişlər tələb edir. Şirkət rəhbərliyi isə bu tələblərin maliyyə baxımından davamlı olmadığını bildirir.

Michael Niggemann qeyd edib ki, mövcud sistem artıq Avropadakı digər aviaşirkətlərlə müqayisədə kifayət qədər yüksək səviyyədədir və yeni tələblərin qəbul edilməsi xərclərin kəskin artmasına səbəb ola bilər.

Oxşar xəbərlər