Lotu Qulini qətlə yetirən Xaqan Zeynalova ömürlük həbs cəzası verilib
Türkiyədə azərbaycanlı qanuni oğru Lotu Qulini qətlə yetirməkdə təqsirləndirilən iki nəfərə ömürlük həbs cəzası verilib.
“Mediaplus”Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Xaqan Zeynalov (Xan Əhmədlinski) və Əmir Həmidli ömürlük, Əli Mövlamlı və Rəsul Həsənov isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Nadir Səlifov (Lotu Quli) 2020-ci ildə Antalyada öldürülüb.