KAZUNİONDAN AÇIQLAMA: Yalnız ATAA üzvləri ilə əməkdaşlıq edəcəyik

İyul 15, 2025 13:36 / 322
KAZUNİONDAN AÇIQLAMA: Yalnız ATAA üzvləri ilə əməkdaşlıq edəcəyik
A-
A
A+

“Bildiririk ki, Kazunion Touroperator olaraq 1 may 2025-ci il tarixindən etibarən yalnız ATAA üzvü olan turizm agentlikləri ilə əməkdaşlığımızı davam etdirəcəyik”.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Məlumatı olduğu kimi təqdim edirik:

“Bu qərar əməkdaşlıq etdiyimiz agentliklərin sayını azalda bilər, lakin tam şəkildə qüvvədədir və dəyişməz olaraq qalacaq.

Əlbəttə, turizm sektorunda dempinq halları tamamilə aradan qalxmayacaq. Lakin müşahidələrimiz göstərir ki, ATAA üzvü olan agentliklər bu cür hallara daha az yol verirlər. Bu isə bizim üçün bazar etikasının və uzunmüddətli əməkdaşlığın qorunması baxımından önəmlidir.

Eyni zamanda, sizdən xahiş edirik ki, məhsullarımızı dempinq edən agentliklər barədə bizi məlumatlandırmaqdan çəkinməyəsiniz.
Belə hallar müşahidə etdiyiniz təqdirdə, agentliyin adı, turistin adı və soyadı, tarix və otelin adı daxil olmaqla məlumatları gm@kazunion.az ünvanına göndərməyinizi rica edirik.

Bu addım, sağlam rəqabət mühitinin qorunması və əməkdaşlığımızın daha şəffaf əsaslarla davam etməsi üçün atılmış mühüm bir təşəbbüsdür”.

Oxşar xəbərlər