İstanbulda hotel və restoran qiymətləri artmağa davam edir

İstanbul Ticarət Palatasının (İTO) açıqladığı məlumata görə, 2025-ci ilin iyul ayında İstanbulda perakəndə qiymətlər ötən aya nisbətən 2,62 faiz, ötən ilin eyni dövrünə görə isə 42,48 faiz artıb.

Turizmplus.az xəbər verir ki, İstanbul İstehlak Qiymətləri İndeksində aylıq artımlar belə qeydə alınıb:
-
Səhiyyə xərcləri – 8,08%
-
Mənzil xərcləri – 6,39%
-
Alkoqollu içkilər və tütün – 6,27%
-
Müxtəlif mal və xidmətlər – 3,15%
-
Rabitə xərcləri – 2,48%
-
Ev əşyaları – 2,36%
-
Restoran və otellər – 2,10%
-
Qida və alkoqolsuz içkilər – 1,03%
-
Əyləncə və mədəniyyət – 0,60%
-
Nəqliyyat – 0,50%
-
Təhsil – 0,13%
-
Geyim və ayaqqabı – 0,05%
İTO-nun məlumatına görə, səhiyyə, mənzil, alkoqollu içkilər və tütün xərcləri qruplarında dövlət mənbəli qiymət dəyişiklikləri, müxtəlif mal və xidmətlər, ev əşyaları, restoran və otellər xərcləri qruplarında bazar şərtlərinə əsaslanan dəyişikliklər, qida xərclərində isə mövsümi faktorlar təsir göstərib.
2025-ci ilin iyulunda ən yüksək artım səhiyyə xərcləri qrupunda (8,08%) qeydə alınıb.