Artan regional gərginlik fonunda daha bir ölkə hava məkanını bağladığını elan etdi. İraq Mülki Aviasiya İdarəsi bu gün yayımladığı açıqlamada bildirib ki, ölkənin hava məkanı ikinci bir xəbərdarlığa qədər bütün kommersiya və tranzit uçuşlar üçün müvəqqəti olaraq bağlanıb.

Turizmplus.az xəbər verir ki, bu qərar bölgədə artan təhlükəsizlik riski və hava hücumlarına dair real təhlükələr səbəbilə qəbul edilib. Xüsusilə İranın ABŞ-ın Qətərdəki və İraqdakı bazalarına raket zərbələri endirməsindən sonra vəziyyətin nəzarətdən çıxma riski artıb.