USD 1.7
25 °C

“Inovation Art and Travel Center”in təşkilatçılığı ilə Koreyada sərgi təşkil edilib

İyun 6, 2025 00:48 / 212
“Inovation Art and Travel Center”in təşkilatçılığı ilə Koreyada sərgi təşkil edilib
A-
A
A+

20 may tarixində Seulda, Koreya Respublikasında Azərbaycan Respublikasının Səfirliyi tərəfindən Azərbaycanın Müstəqillik Günü münasibətilə təşkil olunmuş rəsmi qəbul çərçivəsində azərbaycanlı rəssamların sərgisi keçirilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, ekspozisiyada həm müstəqil rəssamlar — Könül Kazimova, Muşkinaz Quliyeva, Səbinə Nəcəfova, Aydan Hüseynova və b., həm də AYDANI Art Gallery-nin direktoru Aydan Məmmədovanın tələbələri — Şüayib Qaydarov, Rəsmiyyə Vəliyeva, Səbinə Məmmədova və başqalarının əsərləri nümayiş etdirilib.

Qonaqların xüsusi diqqətini Aydan Məmmədova və Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri əsasında hazırlanmış “Gülüstan” rəqəmsal animasiyası cəlb etdi. Animasiyanın ideya müəllifi Şirin Məlikova, animasiyanın müəllifi isə rəqəmsal rəssam Sevil Kərimova olmuşdur.

Təşkilati və turistik hissənin kuratoru INOVATION Art and Travel Center-in direktoru Çinarə Məmmədova olub. O, iştirakçılar üçün komfortlu və zəngin proqram təşkil edib, sərginin bədii kuratoru isə Sevil Kərimova olub.

Sərgi Koreya auditoriyası tərəfindən böyük maraqla qarşılanıb. Qalereya və incəsənət mərkəzlərinin nümayəndələri əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər, bəzi əsərlər isə koreyalı kolleksiyaçılar tərəfindən alınıb. Bu, tədbirin uğurlu nəticəsi və qürurverici məqamı kimi yadda qalıb.

Inovation Art and Travel Center-in direktoru Çinarə Məmmədovanın rəhbərliyi ilə həyata keçirilmiş bu layihə mədəniyyətlərarası dialoqu təşviq etmişdir.

Oxşar xəbərlər