Qlobal onlayn yaşayış platforması Airbnb, hotelçilik sektorundakı fəaliyyətini gücləndirməyi hədəfləyir. Bu sahədəki ən böyük rəqibi Booking.com oteldənkənar alternativlərə açılarkən, Airbnb də otelçilikdə mövqeyini gücləndirməklə buna cavab verməyə hazırlaşır.
Turizmplus.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Airbnb-nin həmtəsisçisi və baş icraçı direktoru Brian Chesky bildirib: “Hotel sektoruna daha aqressiv şəkildə daxil olacağıq.”
1,2 trilyon dollarlıq qlobal yaşayış sektorundan daha çox pay qazanmağı hədəfləyən şirkətin dönüşüm nisbətində əldə edəcəyi cəmi 1%-lik yaxşılaşmanın, FAVÖK-də (faiz, amortizasiya və vergilərdən əvvəlki mənfəət) 2%-lik əlavə artım olaraq əks olunacağı hesablanır.
Booking və ya Expedia kimi otel açar sözləri üzrə reklamda birbaşa rəqabət aparması gözlənilməyən şirkətin, mövcud axtarışları rezervasiyaya çevirmə qabiliyyətini artıraraq bazarda möhkəmlənməsi gözlənilir. Hədəflənən iş modeli və tətbiq edilən sabit 15%-lik komissiya sayəsində Airbnb otellərə əlavə yük gətirmədən güclü yeni marketinq kanalına çıxış imkanı verəcək.
Bu istiqamətdə şirkətin daha əvvəl də addımları olub: 2019-cu ildə HotelTonight-ı təxminən 400 milyon dollara satın alıb və 2018-ci ildə kanal meneceri Siteminder ilə paylama sazişi imzalayıb.