Hilton Baku hotelinə yeni baş menecer təyin olunub

Sentyabr 29, 2025 16:29 / 206
Hilton Baku hotelinə yeni baş menecer təyin olunub
A-
A
A+

Hilton Baku oteli yeni baş menecerini elan edib. 25 sentyabrdan etibarən bu vəzifəyə Erhan Gürsel təyin olunub.

cbx-add

Turizmplus.az xəbər verir ki, Erhan Gürsel Bakıya yad deyil. O, 2024-cü ildə Hilton Garden Inn Baku hotelinə rəhbərlik edib.

Onun turizm və qonaqpərvərlik sahəsindəki karyerası 2010-cu ildə İstanbulda yerləşən The Marmara Hotel Taksim-də başlayıb. Daha sonra müxtəlif rəhbər vəzifələrdə çalışaraq təcrübəsini artırıb və JW Marriott Istanbul Bosphorus-da Menecment Təlim Proqramında iştirak edib.

Oxşar xəbərlər