USD 1.7
31 °C

Heydər Əliyev Beynəlxalq Aeroportu I yarımilə aid statistikaları AÇIQLAYIB

İyul 11, 2025 11:30 / 105
Heydər Əliyev Beynəlxalq Aeroportu I yarımilə aid statistikaları AÇIQLAYIB
A-
A
A+

Bu ilin I yarısı Azərbaycanın hava nəqliyyatı sektoru üçün təkcə statistik yox, həm də strateji baxımdan əhəmiyyətli bir mərhələ olub. Uçuşların intensivləşməsi, tranzit yüklənməsinin artması, sərnişindaşımada müşahidə olunan sabit yüksəliş ölkəmizin beynəlxalq aviasiya sistemində mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir.

cbx-add

Turizmplus.az hava limanına istinadən xəbər verir ki, yanvar–iyun aylarında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ölkənin hava məkanında ümumilikdə 162 500-dən çox uçuşa xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 % artım deməkdir. 2024-cü ilin ilk yarısında bu göstərici 135 500 təşkil etmişdi.

Bu uçuşların 77%-i – yəni 125 600 reysi – tranzit uçuşlar təşkil edib. Tranzit axınında 28 %-lik artım, Azərbaycanın hava məkanının Avropa ilə Asiyanı birləşdirən etibarlı və səmərəli hava dəhlizi statusunu daha da möhkəmləndirib.

Heydər Əliyev Beynəlxalq Aeroportu: sərnişin dövriyyəsində sabit artım

Azərbaycanın əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportu 6 ayda 3 milyon 452 min sərnişinə xidmət göstərib. Bu, ötən ilin eyni dövründə qeydə alınan 3 milyon 388 min sərnişin göstəricisi ilə müqayisədə 2 %-lik artımı əks etdirir.

Bu müddət ərzində 39 aviaşirkət (onlardan 16-sı loukoster) tərəfindən ümumilikdə 27 091 uçuş həyata keçirilib. Beynəlxalq sərnişinlərin sayı 3 milyon 114 min nəfərə çatıb və bu axının 51%-i xarici aviadaşıyıcıların payına düşüb. Bakı hava limanından 34 ölkə və 69 şəhərə birbaşa uçuşlar icra olunub.

Oxşar xəbərlər