Hazırda BƏƏ-də qalan vətəndaşlarımızın təxliyəsi Omandan həyata keçirilir

Mart 10, 2026 10:34 / 58
Hazırda BƏƏ-də qalan vətəndaşlarımızın təxliyəsi Omandan həyata keçirilir
A-
A
A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdə müharibə vəziyyəti ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərində qalmış vətəndaşlarımızın Azərbaycana növbəti təxliyəsi həyata keçirilib.

cbx-add

Turizmplus.az  Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının paytaxtı Maskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir.

Qeyd edilən reyslə 195 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər Türkiyə vətəndaşı və 2 nəfər Azərbaycanda yaşayış icazəsi olan xarici ölkə vətəndaşları ölkəmizə geri qayıdır.

Bildirilib ki, Maskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” tipli təyyarənin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıtması planlaşdırılır.

Məlumata görə, Birləşmiş Ərəb Əmirliklərində qalan vətəndaşların təxliyəsi Oman Sultanlığı vasitəsilə həyata keçirilir. Bu məqsədlə vətəndaşlar Dubay şəhərindən avtobuslarla Maskata yola salınıb.

Belə ki, vətəndaşların Dubaydan yola düşməsi martın 9-da saat 13:00-da təşkil olunub. Toplanma məntəqəsi Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş Konsulluğunun qarşısı olub və iştirakçılar saat 12:00-da həmin əraziyə toplaşıblar.

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlara uyğun şəkildə təxliyə reyslərinin təhlükəsiz və planlı həyata keçirilməsini təmin edir.

Oxşar xəbərlər