GÖYDƏNİZ QƏHRƏMANOV: Ulu Öndər gənclərə hər zaman xüsusi qayğı və diqqətlə yanaşıb
Fevralın 3-də Dövlət Turizm Agentliyində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə turizm könüllüləri və turizm ixtisasında təhsil alan tələbələrin iştirakı ilə tədbir keçirilib.
DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasətinin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Kənan Qasımov qurumun öz fəaliyyətində daim gənc potensiallara önəm verdiyini, onlara karyeralarında hər zaman dəstək göstərildiyini vurğulayıb.




