USD 1.7
15 °C

Göydəniz Qəhrəmanov millət vəkilliyinə namizəd oldu

Avqust 9, 2024 12:59 / 939
Göydəniz Qəhrəmanov millət vəkilliyinə namizəd oldu
A-
A
A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov 17 saylı Yasamal üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd olub.

cbx-add

Turizmplus.az xəbər verir ki, ATAA sədri bu barədə sosial şəbəkə hesabında yazıb:

“Dəyərli dostlar!

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd kimi iştirakım Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiqlənib.

Doğma Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Bu addım mənim üçün çox məsuliyyətli və qürurvericidir.

Niyyətim seçicilərimin etimadını doğrultmaq, Vətənimə və millətimə səlahiyyətlərim daxilində xeyir vermək, turizm sənayesini layiqincə Parlamentdə təmsil etməkdir.

Bu seçkilər 30 ildən sonra ilk dəfədir ki, bütöv Azərbaycanda keçirilir. Belə bir tarixi dövrdə seçkilərdə iştirakım mənim üçün ikiqat şərəflidir.

Bu gündən etibarən seçkiqabağı təşviqat başlayır.

Vətənimə xeyirli və uğurlu olsun!”

Oxşar xəbərlər