Göydəniz Qəhrəmanov: “Azərbaycana sağlamlıq turizmi ilə üz tutanların güclü axını gözlənilir”

Oktyabr 15, 2025 15:36 / 66
Göydəniz Qəhrəmanov: “Azərbaycana sağlamlıq turizmi ilə üz tutanların güclü axını gözlənilir”
A-
A
A+

“Yaxın gələcəkdə Azərbaycana sağlamlıq turizmi ilə üz tutanların güclü axını gözlənilir”.

cbx-add

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, bunu ” millət vəkili Göydəniz Qəhrəmanov Bakıda keçirilən II Azərbaycan Sağlamlıq Turizmi Konfransında bildirib.

“Bu gün Azərbaycanda turizm sürətlə inkişaf edir, ölkədə turizm yönümlü infrastruktur qurulur. Çox qısa zamanda işğaldan azad edilmiş ərazilərdə 3 beynəlxalq hava limanı inşa edilib. Turizm qeyri-neft-qaz sektorunun önəmli sahələrindən biridir və ölkəmizə valyuta axınını təmin edir, yeni iş yerləri yaradır”, – deyə o qeyd edib.

Oxşar xəbərlər