Girne şəhəri yaxınlığında baran sərnişin gəmisindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə sahillərində batan “Filojet” sərnişin gəmisi ilə bağlı son detalları açıqlayıb.
Turizmplus.az xəbər verir ki, bu barədə türkiyəli nazir sosial şəbəkə hesabında məlumat paylaşıb.
Nazir bildirib ki, Taşucu istiqamətinə hərəkət edən bərənin su alaraq batması nəticəsində 8 nəfər həyatını itirib, 241 nəfər isə xilas edilib:
“259 sərnişin və 8 heyət üzvünün olduğu bərədə indiyədək 241 nəfər xilas edilib, 8 nəfər həyatını itirib. 18 sərnişinin axtarış-xilasetmə tədbirləri isə davam edir. Hadisədən dərhal sonra Hərbi Dəniz Qüvvələrimiz, ŞKTR Sahil Mühafizəsi və Kipr Türk Sahil Təhlükəsizliyi daxil olmaqla bütün imkanlarımızı səfərbər etmişik. İtkin düşən vətəndaşlarımıza tez bir zamanda çatmaq üçün işlərimizi koordinasiyalı şəkildə davam etdiririk”.
A. Uraloğlu faciə zamanı dünyasını dəyişənlərə rəhmət, yaxınlarına isə başsağlığı diləyib.
Xilas olunanlar arasında iki Azərbaycan vətəndaşı da var.
VİDEONU İZLƏMƏK ÜÇÜN AŞAĞIDAKI LİNKƏ KLİKLƏYİN

