“Fun&Sun”ın təşkilatçılığı ilə bu istiqamətə İNFO-TUR təşkil ediləcək

“Fun&Sun” tur-operatoru turizm sahəsində fəaliyyət göstərən nümayəndələri 15–21 iyun 2025 tarixlərində Şimali Kiprdə keçiriləcək FAM Trip səfərinə dəvət edir. Bu səfər çərçivəsində iştirakçılar Kiprin turizm imkanları ilə yaxından tanış olmaq, yeni məkanları kəşf etmək və sahə üzrə faydalı əlaqələr qurmaq imkanı əldə edəcəklər.

Turizmplus.az xəbər verir ki, proqram çərçivəsində təqdim olunur:
-
Qidalanma: Gündə üç dəfə (FB sistemi)
-
Otel yerləşməsi və ekskursiyalar
-
Transfer xidmətləri
-
Səyahət sığortası
-
Aviabilet
Səfər yalnız turizm sahəsində çalışan peşəkar nümayəndələr üçün nəzərdə tutulub və iştirakçılar üçün yerlər məhduddur. Bu səbəbdən müraciətlərin vaxtında göndərilməsi vacibdir.
Müraciət üçün:
İştirak etmək istəyən şəxslər öz müraciətlərini aşağıdakı ünvana göndərə bilərlər:
📩 gunel.hajizada@fstravel.az