“Fun&Sun” Azərbaycan tərəfdaşları ilə əməkdaşlığı gücləndirir
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və sektorun aparıcı turizm şirkətləri ilə görüşlərdən sonra “Fun&Sun” Azərbaycandakı B2C ofisini bağladığını elan edib.
Turizmplus.az xəbər verir ki, bu qərar ATAA sədri Göydəniz Qəhrəmanov və tur-operatorun Azərbaycan nümayəndəliyinin rəhbəri Emin Perit Uzun tərəfindən görüş zamanı da müzakirə edilib.
Emin Perit Uzun saytımıza açıqlamasında qeyd edib ki, biz həmkarlarımızla etibarlı və qarşılıqlı faydalı münasibətlərin əhəmiyyətini başa düşürük və bu addım bizə daha səmərəli əməkdaşlıq etməyə və ümumi məqsədlərə nail olmağa imkan verəcəyinə inanırıq.
” 01.06.24 tarixindən etibarən bütün paket turların satışları yalnız bizim tərəfdaş tur agentləri B2B vasitəsilə həyata keçirilməkdədir. Bütün tərəfdaşlarımiza bizə olan etibar və dəstəyə görə təşəkkür edirik və agentliklər vasitəsilə sizlərə yüksək keyfiyyətli turizm xidmətləri təqdim etməyə davam edəcəyik”, – deyə Emin Perit Uzun bildirib.