USD 1.7
13 °C

Fuad Nağıyev və Mehmet Nuri Ersoy arasında SAZİŞ imzalanıb – MÖVZULAR

Noyabr 15, 2024 14:59 / 117
Fuad Nağıyev və Mehmet Nuri Ersoy arasında SAZİŞ imzalanıb – MÖVZULAR
A-
A
A+

Noyabrın 15-də Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı gücləndirməyi və turizm əlaqələrini inkişaf etdirməyi nəzərdə tutan saziş imzalanıb.

cbx-add

DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyə tərəfindən isə Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıb.

Sazişdə ölkələr arasında qonaqpərvərlik, turizm sahəsi və qanunvericiliyi istiqamətində məlumat mübadiləsi, turizm statistikasının təkmilləşdirilməsi, qastroturizm, turizm təhsili sahəsində əməkdaşlıq və investisiya təşviqinin əsasları kimi məsələlər xüsusi vurğulanır.

Həmçinin sazişdə mediatur, infotur, tədbir və seminarların təşkili, birgə səyahət marşrutunun inkişaf etdirilməsi, qarşılıqlı təbliğat və marketinq fəaliyyəti ilə turist axınını artırmaq, təbii və mədəni irsin qorunması, eləcə də tanıdılması istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı mövzular əksini tapır.

2024-cü ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 357 615 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 % artımdır.

Oxşar xəbərlər