“Formula 1” – ATAA üzvlərinə turistlər üçün bilet satışında xüsusi təkliflər
13 -15 sentyabr tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar olaraq Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının bir sıra üzvlərinə yarış və hazırlıqlarla bağlı, eləcə də bilet satışı və turistlərə təqdim olunan təkliflər haqqında məlumat verilib.
ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüş çərçivəsində üzv şirkətlərlə iş birliyi, şirkətlərin Formula 1 biletlərinin satışından əldə edə biləcəkləri gəlir imkanları, bu əməkdaşlığın hazırkı və növbəti illərdə perspektivləri müzakirə olunub.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən üzv şirkətlərə təqdim olunan təkliflər aşağıdakı kimidir:
- Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə üzv şirkət arasında müqavilə bağalanır və yalnız bu müqaviləyə əsasən şirkətlərə birbaşa bilet satışına icazə verilir.
- Bilet satışının məbləği 8000 azn-ə qədər olduğu təqdirdə komissiya ödənişləri nəzərdə tutulmur. Lakin şirkətlərin bilet satışındıkı qiymət siyasətinə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən hər hansı bir müdaxilə edilmir.
- 8000 AZN dən yuxarı məbləğlər üçün şirkətlərə 5 %-lik komissiya ödənişlər təklif olunur.
Qeyd: Müqavilələrin uzun müddəli bağalanması mümkündür. Bu da üzv şirkətlər üçün gələcəkdə həm ucuz, həm də yüksək qiymətə təklif olunan biletlərin birbaşa satışına imkan yaradacaq.