USD 1.7
31 °C

“Ezamiyyə xərclərinin normaları haqqında” Qərara dəyişiklik edilib

Aprel 5, 2024 15:36 / 105
“Ezamiyyə xərclərinin normaları haqqında” Qərara dəyişiklik edilib
A-
A
A+

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli
14 nömrəli Qərarında dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ezamiyyə xərclərinin normaları müəyyən edilib. Belə ki, Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə
və kəndlərdə 65,0 manat məbləği “Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat kimi müəyyənləşib.

Mənbə: Report

Oxşar xəbərlər