Antalyanın Serik bölgəsində yerləşən “Fun&Sun Family Life Belek”ə tətilə gedən türkiyəli müştəri otağındakı kondisionerin nasazlığına çarə tapmayınca maraqlı etiraz üsuluna əl atıb.
Turizmplus.az xəbər verir ki, müştəri otaqdan matrası və yastığı götürüb hotelin restoranında yatmağa cəhd edib. O, qeyd edib ki, hotelin ən sərin yeri məhz restorandır.
Hotel rəsmiləri qısa söhbətdən sonra müştərini razı salaraq etirazı dayandırıblar.