Dubayda “İnfluencer Akademiyası” fəaliyyətə başlayıb

Dubay, məşhur turizm media şirkəti “Beautiful Destinations” ilə birlikdə “İnfluencer Akademiyası” adlı unikal layihəyə start verib.

Turizmplus.az xəbər verir ki, akademiya çərçivəsində seçilmiş iştirakçılar Dubayda yaşayaraq rəqəmsal kontent yaradılması, sosial media strategiyası və peşəkar etika mövzularında təlim alırlar.
Layihənin məqsədi Dubayın 2033-cü ilə qədər turizm və iqtisadi baxımdan ikiqat böyüməsini təmin etmək, həmçinin onu qlobal kontent istehsal mərkəzinə çevirməkdir.