DİQQƏT: Bu tur-operator iflas etdi

Avqust 11, 2025 14:54 / 433
DİQQƏT: Bu tur-operator iflas etdi
A-
A
A+

İsveç mərkəzli tur operatoru Mixx Travel maliyyə çətinlikləri səbəbindən iflas edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, şirkətin iflası, Türkiyə və Yunanıstanda tətil edən təxminən 1 300 turisti çətin vəziyyətdə qoyub. Tətil paketlərini əvvəlcədən ödəyən turistlər, qaldıqları otellərdən yenidən ödəniş tələbi ilə üzləşirlər.

Artı49-un, Norveç mərkəzli VG qəzetinə istinadən verdiyi məlumata görə, otellər, tur paketləri üçün agentliklərə ödəniş edən turistlərdən bir daha ödəniş tələb ediblər.

Problem yalnız yerləşmə ilə məhdudlaşmır; bəzi turistlərin geri dönüş uçuşları da ləğv olunub. Norveç aviaşirkəti Norwegian, 2 avqust və sonrakı tarixlər üçün Mixx Travel rezervasiyalarını ləğv edib.

Oxşar xəbərlər