Bakıdan İstanbula həyata keçiriləcək daha bir reys ləğv edilib.

Turizmplus.az xəbər verir ki, bu barədə THY məlumat yayıb. Məlumata əsasən, 20 fevral tarixli TK336 və 21 fevral tarixli TK337 səfərləri İstanbuldakı qeyri-sabit hava şəraitinə görə ləğv edilmişdir.
Qeyd edək ki, 20 Fevral tarixli, TK333 və TK337 səfərləri İstanbuldakı qeyri-sabit hava şəraitinə görə ləğv edilmişdi.