DİQQƏT: Azərbaycan turizmçiləri üçün beynəlxalq turizm sərgilərində iştirak imkanı

Avqust 30, 2025 12:03 / 479
DİQQƏT: Azərbaycan turizmçiləri üçün beynəlxalq turizm sərgilərində iştirak imkanı
A-
A
A+

Dünyanın ən nüfuzlu turizm tədbirlərindən olan İTF-25 (İstanbul Turizm Fuarı), ATF-25 (Antalya Turizm Fuarı) və Africa Turizm Fuarı bu il də sektorun diqqət mərkəzində olacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, İTF-25 sentyabrın 25–26-da İstanbulun mərkəzində yerləşən Yenikapı Avrasya Gösteri ve Sanat Merkezində, ATF-25 isə oktyabrın 22–24-də Antalya Expo Mərkəzində keçiriləcək.

Bu sərgilər dünyanın müxtəlif ölkələrindən turizm şirkətlərini, otelləri, agentlikləri və sahə üzrə mütəxəssisləri bir araya gətirərək yeni tərəfdaşlıqların qurulması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və qlobal bazarda mövqelərin möhkəmləndirilməsi üçün vacib platforma hesab olunur.

“HelloOtel Turbomarketing” sisteminin Azərbaycan üzrə nümayəndəsi Elçin Əsgərov bildirib ki, bu nüfuzlu tədbirlərin təşkilatçıları sırasında HelloOtel də yer alır:

“Azərbaycanın turizm potensialının beynəlxalq arenada təqdim olunması üçün bu sərgilər mühüm fürsətdir. İştirak üçün müraciətlər artıq qəbul olunmağa başlanılıb və biz Azərbaycan turizm nümayəndələrinin bu tədbirlərdə fəal iştirakını gözləyirik. HelloOtel olaraq, yerli turizm nümayəndələrimizin qlobal bazarda tanınmasına dəstək verməyə davam edəcəyik”.

Oxşar xəbərlər