Dini turlar adı altında zəvvarlar aldadıldı – 50-DƏN ÇOX ZƏRƏRÇƏKMİŞ
Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər.
Turizmplus.az xezerxeber.az-a istinadən xəbər verir ki, avqustun 11-də günorta saat 14:20-də İraqa uçmalı olan zəvvarlar onlara saxta bilet verildiyini son anda hava limanında biliblər.
Qeydiyyat üçün yaxınlaşdıqda məlum olub ki, onların biletlərinin nömrəsi yoxdur.
Bir çoxu şəhid ailəsi olan zəvvarlar ziyarət üçün 750 manat pul ödəyiblər.
Zəvvarların dələduzluğa məruz qalmaları ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma başlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Fatimə Tur”, “Roman Travel” şirkətlərinin rəhbərləri müəyyən olunub. Hazırda fakt üzrə 50-dən artıq zərərçəkmişin müraciəti əsasında istintaq tədbirləri görülür. Araşdırmalarının nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.