USD 1.7
17 °C

DƏLƏDUZLUQ: Tur şirkəti adı altında 1 milyon mənimsədilər – FOTOLAR

İyun 5, 2024 16:55 / 494
DƏLƏDUZLUQ: Tur şirkəti adı altında 1 milyon mənimsədilər – FOTOLAR
A-
A
A+

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

cbx-add

Turizmplus.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, xanım müttəhimlərin üçü də konvoyun müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriliblər.

Sədrlik edən hakim Azad Məcidov deyib ki, prosesdən əvvəl Aynur Bayramovanın bacısı Dilbər Bayramova məhkəməyə ərizə göndərib. Hakim ərizəni tam elan etməsə də, orada yazılanların Aynur Bayramovaya verilmiş ittihamla bağlı olduğunu bildirib. Bayramova ittihamı qəbul etmədiklərini, işə ədalətlə baxılmasını xahiş edib.

Bundan əlavə, Şövkət İsayeva adlı vətəndaş tərəfindən məhkəməyə yazılı müraciət göndərilib. İsayeva bu iş üzrə zərərçəkmiş qismində tanınmayıb. Buna baxmayaraq vəsatətində yazır ki, övladının Türkiyədə müalicəsini təşkil etmək üçün Nuridə və Ayselə 80 min dollar pul verib. Həmin vaxt şirkətin əməkdaşı Şəbnəm Qurbanova da şahid olub. Qurbanova 80 min dolların qeyd etdiyi təqsirləndirilənlərdən tutularaq ona qaytarılmasını, başqalarına ibrət olması üçün layiqli cəzalandırılmalarını xahiş edib.

…Proses gələn həftə davam edəcək.

İttihamda deyilir ki, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova Aynur Bayramova və Aysel Məmmədova ilə cinayətkar əlaqəyə girib. Onlar 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər.

Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Oxşar xəbərlər