USD 1.7
23 °C

DƏLƏDUZLUQ: Sərfəli aviabilet almaq istəyənlər qurbana çevrildi – VİDEO

Sentyabr 19, 2024 18:37 / 313
DƏLƏDUZLUQ: Sərfəli aviabilet almaq istəyənlər qurbana çevrildi – VİDEO
A-
A
A+

Bir qrup şikayətçi sərfəli aviabiletlər almaq istəyərkən dələduzların qurbanı olub.

cbx-add

Turizmplus.az Baku TV-yə istinadən xəbər verir ki, “Ömür Travel” şirkətinin nümayəndəsi Rafael Dostəliyev adlı şəxs insanları ucuz aviabiletlərin satışı adı altında aldadıb.

Onlar iddia edirlər ki, sözügedən şəxs ucuz təyyarə bileti almaqda kömək etmək adı ilə vətəndaşların pulunu mənimsəyib.

“Oğlumun doğum günü idi. Fikirləşdim ki, altı aydır onu görmürəm, yanıma gəlsin. Mənə yazdı ki, biletlər hazırdır, ödənişi edə bilərsiniz. Ödənişi edib bileti tələb etdim. Mənə dedi ki, bileti almaq mümkün olmadı, oğlunuzun yanınıza gəlməsi qismət deyilmiş”, – şikayətçi Mələk Səlimova deyib.

Oxşar xəbərlər