USD 1.7
10 °C

Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

Mart 26, 2024 13:25 / 124
Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib
A-
A
A+

Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyətə başlayır.

cbx-add

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Mediaplus-az verilən məlumata görə, bu baxımdan ərazidə gündəlik 30 mindən çox sərnişinin vağzala rahat və maneəsiz daxil olması üçün imkan yaradılıb;

avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsi təmin olunub;

15 dəqiqədən artıq digər məqsədlərlə avtomobil saxlamaq istəyənlər üçün də tariflər müəyyən edilib.

Qeyd edək ki, uzunmüddətli parklama ərazinin əsas təyinatı olan ADY sərnişinlərinin rahat gediş-gəlişinə maneə törədir. Hazırda vağzal ətrafında uyğun qiymətlərlə fəaliyyət göstərən “Azparkinq” yerüstü və yeraltı dayanacaqları sürücülərin xidmətindədir.

Oxşar xəbərlər