USD 1.7
11 °C

“COP29 Xüsusi Viza”sını haradan almaq olar? – AÇIQLAMA

Oktyabr 31, 2024 15:25 / 175
“COP29 Xüsusi Viza”sını haradan almaq olar? – AÇIQLAMA
A-
A
A+

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqəli ölkəmizə səfər edəcək çoxsaylı rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin edilməsi üçün xüsusi giriş vizalarının rəsmiləşdirilməsi davam edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) ASAN viza departamentinin müdiri İsmayıl Rəsulzadə Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu “ASAN Viza” sistemi üzərindən fəaliyyət göstərən portalın hazırlanması ilə bağlı işlərə bu ilin yanvar ayından start verilib.

“Ötən dövr ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti, Xarici İşlər Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının müvafiq təsisatı – BMTİDÇK (UNFCCC) ilə qarşılıqlı inteqrasiya təmin edilir. “COP29 Xüsusi Viza”sı Azərbaycana xarici ölkələrdən səfər edən COP29 iştirakçıları üçün tələb olunur. “COP29 Xüsusi Viza”sını həm rəsmi elektron viza portalı, həm də Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək mümkündür. “COP29 Xüsusi Viza”sına müraciət qeydiyyatdan keçmiş iştirakçılara BMTİDÇK tərəfindən qeydiyyatın təsdiqi üzrə göndərilən elektron məktubda olan link vasitəsilə “www.evisa.gov.az/cop29”, rəsmi elektron viza portalı üzərindən, onlayn, tamamlanmış viza müraciəti təqdim edildikdən sonra, 3 iş günü ərzində rəsmiləşdirilməsi nəzərdə tutulur”, – deyə İ.Rəsulzadə bildirib.

Departament müdiri əlavə edib ki, dünyanın 200-ə yaxın ölkəsindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portalın ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyəti təmin edilib: “Həmçinin portalda elektron vizaya müraciət etmə prosedurunun izahlı videosu yerləşdirilib”.

Oxşar xəbərlər