Noyabrın 20-də COP29 çərçivəsində tematik Turizm Günü keçiriləcək.
Turizmplus.az xəbər verir ki, gün boyu həm Mavi, həm də Yaşıl zonada müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb.
PROQRAMLA TANIŞ OLMAQ ÜÇÜN KLİKLƏYİN
Bu ərəfədə Turizmdə Gücləndirilmiş Fəaliyyət üzrə COP29 Bakı Bəyannaməsinin təqdimat mərasimi də baş tutacaq.
Bununla yanaşı COP29 çərçivəsində “3-cü Yüksək Səviyyəli Dəyirmi Masa: Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti: İnnovativ Həllər və İrəliyə doğru” tədbiri keçiriləcək.
Dəyirmi masada BMT Turizm Təşkilatının BMT Turizm Təşkilatının nümayəndələri, dövlət rəsmiləri və qlobal turizm sənayesinin yüksək səviyyəli təmsilçilərinin iştirakı ilə COP tarixində ilk dəfə keçirilən #Turizm Günündə aparılan müzakirələrin yekunu olaraq iqlim fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə innovativ alətlərin tətbiqi, gələcək imkanlar və çağırışlar mövzusunda panel müzakirə təşkil olunacaq.
Noyabrın 20-i üçün biletlərin satışına sabah başlanılacaq.