USD 1.7
22 °C

Bu tarixlərdə 4 qeyri-iş günü olacaq – MƏLUMAT

Aprel 3, 2025 15:03 / 212
Bu tarixlərdə 4 qeyri-iş günü olacaq – MƏLUMAT
A-
A
A+

İyun ayında qeyri-iş günlərinin sayı məlum olub.

cbx-add

Turizmplus.az  xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl – 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.

Həmçinin iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günü olacaq.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda qeyri-iş günlərinin sayı 13 gün təşkil edəcək.

Oxşar xəbərlər