USD 1.7
27 °C

Bu kartı olmayan taksi sürücüləri CƏRİMƏLƏNƏCƏK

Aprel 8, 2024 15:41 / 66
Bu kartı olmayan taksi sürücüləri CƏRİMƏLƏNƏCƏK
A-
A
A+

Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün “AYNA” informasiya sistemində “E-taksi” alt sistemi yaradılıb.

cbx-add

“Mediaplus” xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasına görə, operatorlar adsızlaşdırılmış məlumatları real vaxt rejimində həmin sistemə ötürəcək. Bununla yanaşı ərazidə fiziki olaraq AYNA və yol polisi əməkdaşları buraxılış kartlarını yoxlayacaq.

Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.

Oxşar xəbərlər