USD 1.7
17 °C

Bu gecə uçuşu olan sərnişinlərin NƏZƏRİNƏ

Oktyabr 18, 2024 15:58 / 16
Bu gecə uçuşu olan sərnişinlərin NƏZƏRİNƏ
A-
A
A+

2024-cü il oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-dək Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şosesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobil hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu barədə Heydər Əliyev adına Beynəlxalq hava limanı sərnişinlərə xəbərdarlıq edib, eyni zamanda tövsiyələrini paylaşıb:

​Gecikmələrin qarşısını almaq üçün səfərlərinizi öncədən planlayın.

Alternativ olaraq Zığ şosesi – Zığ-Hövsan – Hava Limanı marşrutundan istifadə edin.

​İctimai nəqliyyat vasitələrinə üstünlük verin. “Aeroexpress” avtobusları gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərir.

Oxşar xəbərlər