Türkiyənin Bodrum bölgəsində yerləşən The Casa Cala hoteli rəsmi olaraq qapılarını qonaqların üzünə açıb.
Turizmplus.az xəbər verir ki, hotelin açılışı 11 iyul tarixində iş, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən xüsusi tədbirlə baş tutub.
Memar Türev Uludağın layihəsi əsasında inşa edilən hotel təbiətlə harmoniyada qurulan memarlığı və “Yavaşla. Nəfəs al. Yenilən.” konsepsiyası ilə seçilir. Tarixi zeytun ağacları arasında yerləşən kompleks qonaqlara yerləşmə, çimərlik, qastronomiya və wellness xidmətlərini bir arada təqdim edir.
Hotelin tərkibində Egey və Aralıq dənizi mətbəxinin təamlarının təqdim olunduğu Syma Restaurant, həmçinin SPA və sağlamlıq mərkəzi fəaliyyət göstərir. Ev heyvanları üçün uyğun konsepsiyası və dayanıqlı turizm prinsiplərinə üstünlük verməsi ilə diqqət çəkən The Casa Cala Bodrumun yeni lüks istirahət məkanlarından biri kimi fəaliyyətə başlayıb.

