Antalyanın ilk 5 ulduzlu hoteli olan Divan Talya Hotel-də yeni təyinat həyata keçirilib.
Turizmplus.az xəbər verir ki, turizm sahəsində uzunillik təcrübəyə malik Bəhram Həsənov hotelin Satış Müdiri vəzifəsinə təyin olunub.
Bəhram Həsənov bundan əvvəl Ethno Belek və Titanic Deluxe Sharm El Sheikh hotellərində Satış Müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, 1975-ci ildə fəaliyyətə başlayan Divan Talya Hotel Antalyanın ilk 5 ulduzlu hoteli kimi tanınır və əsaslı yenidənqurma işlərindən sonra bu il yenidən qonaqların istifadəsinə verilib.

