Bakıda “Susona Bodrum” və “DoubleTree by Hilton Isil Club” hotellərinin təqdimatı keçirilib – VİDEO

Aprel 13, 2026 15:41 / 166
Bakıda “Susona Bodrum” və “DoubleTree by Hilton Isil Club” hotellərinin təqdimatı keçirilib – VİDEO
A-
A
A+

Paytaxt Bakıda turizm sektoru nümayəndələrinin iştirakı ilə növbəti işgüzar görüş keçirilib. “Hilton Baku” hotelinin “360 Bar” restoranında baş tutan tədbirdə 20-ə yaxın yerli turizm şirkətinin rəhbər və təmsilçiləri bir araya gəlib əməkdaşlıq imkanlarını müzakirə edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, “Hilton Baku” hoteli ilə birgə təşkil edilən görüş zamanı “Hilton Bodrum” hotelləri üzrə klaster satış direktoru assistenti Ceyhun Əliyev geniş təqdimatla çıxış edib. Təqdimatda Bodrumun nüfuzlu yerləşmə mərkəzlərindən hesab olunan “Susona Bodrum, LXR Hotels & Resorts” və “DoubleTree by Hilton Isil Club Resort” otellərinin yeni mövsüm imkanları barədə ətraflı məlumat verilib.

Ceyhun Əliyev hər iki kompleksin xidmət keyfiyyəti, qonaqlar üçün yaradılan özəl şərait və yay mövsümü üçün nəzərdə tutulan yenilikləri yerli tərəfdaşların diqqətinə çatdırıb. Xüsusilə “LXR Hotels & Resorts” brendinə məxsus olan “Susona Bodrum”un fərdi yanaşma və lüks xidmət konsepti, eləcə də “DoubleTree by Hilton Isil Club Resort”un ailəvi istirahət üçün təklif etdiyi üstünlüklər geniş şəkildə izah edilib.

Tədbir iştirakçıları maraqlandıran suallar cavablandırıldıqdan sonra gecə kokteyl və şam yeməyi ilə davam edib. Bu formatda keçirilən görüşlər Azərbaycanın turizm bazarında Bodrum istiqamətinə olan marağın artırılması və peşəkar əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.

Oxşar xəbərlər