USD 1.7
4 °C

Bakıda “Fun&Sun”ın təşkilatçılığı ilə Türkiyə hotellərinin təqdimatı keçirilib

Yanvar 17, 2025 16:02 / 452
Bakıda “Fun&Sun”ın təşkilatçılığı ilə Türkiyə hotellərinin təqdimatı keçirilib
A-
A
A+

Beynəlxalq “Fun&Sun” tur-operatorunun təşkilatçılığı ilə Türkiyənin məşhur hotel brendlərinin təqdimat mərasimi baş tutub.

cbx-add

Turizmplus.az xəbər verir ki, yanvarın 17-də “Hilton Baku” hotelində keçirilən tədbirin birinci hissəsində yerli şirkətlərlərin menecerləri ilə Türkiyədən gələn 13 hotel nümayəndəsi arasında “workshop” keçirilib. Hotelçilər yeni mövsümə hazırlıq mərhələləri, yeniliklər, qiymətlər və s. barədə yerli şirkət nümayəndələri ilə ən son xəbərləri bölüşüblər.

İkinci hissədə isə qala gecəsi təşkil edilib. Gecəni açıq elan edən “Fun&Sun” tur-operatorunun Bakı nümayəndəliyinin rəhbəri Emin Perit Uzun bildirib ki, artıq sistemdə Türkiyəyə hazır tur paketlərin satışı mövcuddur. O, əlavə edib ki, həftədə 5 dəfə olmaqla bu istiqamətə uçuşlar həyata keçiriləcək.

Tədbir konsert proqramı və uduşlu müsabiqələrlə davam edib.

Oxşar xəbərlər