Bakıda “Club Arona” hotelinin təqdimatı keçirilib – FOTO + VİDEO

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün “Club Arona” hotelinin təqdimatı keçirilib.

“Mediaplus” xəbər verir ki, “BTB Tours” tur-operatorunun təşkilatçılığı ilə keçirilən tədbirdə 60-a yaxın turizm şirkətinin nümayəndəsi iştirak edib.
Qeyd edək ki, “Club Arona Villas & Wellness” yüksək səviyyəli konsepti ilə unikal yaşayış, dad, əyləncə və zövqlü tətil vəd edir. Buranı fərqləndirən əsas özəlliklərdən biri də xüsusi insanlar üçün güllə keçirməz lüks villalardır.