Azərbaycanlı turistlərə ABŞ vizasında 250 USD əlavə rüsum tətbiq ediləcək? – MƏLUMAT

Sentyabr 4, 2025 11:49 / 201
Azərbaycanlı turistlərə ABŞ vizasında 250 USD əlavə rüsum tətbiq ediləcək? – MƏLUMAT
A-
A
A+

ABŞ hökuməti 1 oktyabr 2025-ci ildən etibarən “visa integrity fee” adlanan 250 dollarlıq yeni ödəniş tətbiq edəcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu əlavə haqq əsasən viza azadlığı proqramına daxil olmayan ölkələrin – Meksika, Argentina, Hindistan, Braziliya və Çinin vətəndaşlarına şamil ediləcək. Beləliklə, ABŞ vizasının ümumi dəyəri 442 dollara qədər yüksələcək ki, bu da dünyada ən bahalı vizalardan biri hesab olunur. Yeni ödənişlə yanaşı, bəzi müraciətçilərdən 15 min dollara qədər depozit tələb oluna bilər ki, bu da səyahətçilər üçün əlavə maliyyə yükü yaradır.

Son aylarda ABŞ-a beynəlxalq turist axını onsuz da azalmaqdadır və yalnız iyul ayında keçən illə müqayisədə 3,1 faiz geriləmə qeydə alınıb. Dünya Turizm və Səyahət Şurasının hesablamalarına görə, 2024-cü ildə 181 milyard dollar olan turizm gəlirləri 2025-də 169 milyard dollara enəcək. Ekspertlər bu siyasətin, xüsusilə 2026 FIFA Dünya Kuboku və 2028 Los Anceles Olimpiadası ərəfəsində, ölkənin turizm cazibəsinə ciddi mənfi təsir göstərə biləcəyini bildirirlər.

Azərbaycan vətəndaşları üçün bu əlavə 250 dollarlıq rüsum tətbiq olunmur, yəni hazırda ABŞ vizası üçün mövcud qaydalar dəyişməz olaraq qalır. Bu isə o deməkdir ki, azərbaycanlı turistlər yeni qərardan təsirlənməyəcək, ABŞ-a səyahət zamanı əvvəlki viza proseduru qüvvədə qalacaq.

Oxşar xəbərlər