Azərbaycanın Tailanddakı səfirliyinin rəsmi açılış mərasimi olub

Dekabr 11, 2025 19:45 / 234
Azərbaycanın Tailanddakı səfirliyinin rəsmi açılış mərasimi olub
A-
A
A+

Dekabrın 11-də Banqkok şəhərində Azərbaycan Respublikasının Tailand Krallığındakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

cbx-add

Turizmplus.az AZƏRTAC-a istinadən xəbər verir ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimində iştirak edib. Nazir müavin səfirliyin yerləşdiyi binanın qarşısında Azərbaycanın dövlət bayrağını ucaldıb.

Daha sonra xarici işlər nazirinin müavini Elnur Məmmədov və onun tailandlı həmkarı Vijavat İsarabhakdi səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər.

Mərasimdə çoxsaylı rəsmi qonaqların iştirakı ilə ziyafət təşkil olunub.

ORXAN BƏDƏLOV

Oxşar xəbərlər